Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən daha ikisinin kimliyi bilinib - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyən edilib.
Məlumata görə, Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.
Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.
Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.
Kamran Allahverdiyevin xalası Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.
***22:41
Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılanlardan birinin şəxsiyyəti müəyyənləşib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.
Qeyd edək ki, 19 yaşlı K. Allahverdiyev dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb.
Kamran Allahverdiyev təhsilə gec başladığı üçün hazırda orta məktəbdə oxuyurdu.
Xatırladaq ki, K. Allahverdiyev paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib.
Yaxınlarının verdiyi məlumata görə, onun atası Rusiyada işləyir.
Ailə əvvəl Bakıda yaşayıb, sonra Ukraynaya köçüb.
Buna görə Kamran Allahverdiyev 2 il təhsildən yayınıb.
Azərbaycana qayıdandan sonra qaldığı təhsilinə Sumqayıtda 31 nömrəli tam orta məktəbdə 7-ci sinifdən davam edib.
Qeyd edək ki, 10-cu sinif şagirdi dostu ilə birgə 5 gün idi ki, itkin düşmüşdü.
Oxşar xəbərlər
“Qayınatam yanıma uzanıb dedi ki...” - Dəhşətli qətlin təfərrüatları – FOTO
2020-ci il avqustun 31-də Biləcəri qəsəbəsində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsi barədə 6-cı Polis Bölməsindən Binəqədi rayon prokurorluğu...