Məktəbliyə qarşı əxlaqsızlıq edən yeniyetmə məhkəmə zalında həbs edildi

Abşeron Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Uğur Qədirovun (adı, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilib.
İttihama görə, Uğur Qədirov 24 iyun 2024-cü il tarixindən 11 iyul 2024-cü il tarixinə kimi olan müddət ərzində Abşeron rayonu Masazır kəndində yerləşən evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə razılığı ilə zərərçəkmiş, 2009-cu il təvəllüdlü N.N.-yə (adı, soyadı şərti) qarşı seksual xarakterli hərəkətlər edib.
Bundan başqa, o, həmin evdə yaşadığı vaxtda mütəmadi olaraq ayrı-ayrı günlərdə zərərçəkmişin razılığı ilə onunla cinsi əlaqədə olub.
Hadisədən sonra Uğur Qədirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, Uğur Qədirov həmin vaxt Abşeron rayonunda yerləşən orta məktəbin 11-ci sinfini, qız isə 9-cu sinfi bitirib. Onların arasında sevgi münasibətləri olub.
Oxşar xəbərlər
Masazırda ağlasığmaz hadisə - Uşaqların gözü önündə yük maşını ilə itləri əzdi
Masazırda yaşayış komplekslərinin birinin həyətində itlərin ölümü ilə nəticələnən hadisə baş verib. Bu barədə həyət sakinləri BAKU.WS-in "qaynar xətti"nə bildir...
