Məhkəmə 3 yaşlı Zəhranı qaçıran qadın barəsində qərar verdi

Məhkəmə 3 yaşlı Zəhranı qaçıran qadın barəsində qərar verdi
Hadisə 2412
Sabunçu rayonunda azyaşlını qaçırdığına görə polis tərəfindən saxlanılan qadın 3 aylıq həbs olunub.BAKU.WS-in məlumatına görə, bu gün keçirilən prosesdə Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib.Sözügedən xəbəri Sabunçu rayon məhkəməsindən Unikal.org-a təsdiqləyiblər.Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə itən 3 yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.Zəhranın valideyni Rəsul Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.Qeyd edək ki, uşaq tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatları və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq olaraq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Zəhranın atası: "Yəqin ki, dalında duran kimsə var ki, bunu edir" - VİDEO

Zəhranın atası: "Yəqin ki, dalında duran kimsə var ki, bunu edir" - VİDEO

Bir neçə gündür itkin düşmüş Zəhra dünən tapılaraq ailəsinə təhvil verilib. Belə ki, 3 yaşlı uşaq Masallı rayon sakini Təzəgül Nəzərova tərəfindən qaçırılaraq d...

643 Video 16:30 07 iyun 2019

Son xəbərlər