“Onun üzünə baxanda görünür ki..." - Təzəgülün yaxınları DANIŞDI

07
iyn
2019
15:09
3 yaşlı Zəhra Bağırzadəni oğurlamaqda şübhəli bilinən Təzəgül Nəzərovanın psixi xəstə olduğu bildirilir. BAKU.WS bizimyol.info-ya istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, əslən Masallı rayonundan olan T.Nəzərova metronun “Nizami” stansiyasının yaxınlığında kirayə qalan bacısı və onun övladlarıyıa yaşayırmış:“Adı Təzəgül olsa da, hamı onu Tərgül kimi tanıyır. Onun üzünə baxanda görünür ki, psixi xəstədir, ağlı başında deyil. Dəfələrlə evdən gedib, günlərlə axtarıblar. Məhəllədə adamların zibillərini atırdı, qonşuların yazığı gəlirdi 2-3 manat pul verirdi. O uşaq oğurlanıbsa belə, onu Tərgül oğurlamayıb. Buna adımız kimi əminik”.Məlumata görə, Tərgül saxlanılandan sonra iyunun 6-da axşam saatlarında onun bacısının kirayə yaşadığı evə xeyli polis əməkdaşları gəlib və bacısı Qızbəs Nəzərovanı, onun övladlarını da tutub idarəyə aparıb: “Tərgül özünü-sözünü bilməyən adamdı. Biz bilmirik ona neyləyiblər, nəyə qol çəkdiriblər”.3 yaşlı Zəhra Bağırzadə iyunun 4-də itib. Atası Rəsul Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynləri bu barədə polisə məlumat veriblər.
Oxşar xəbərlər
Zəhranı oğurlayan Təzəgül ifadə verdi
Bakının Sabunçu qəsəbəsində üç yaşlı Zəhra Bağırzadəni oğurlamaqda ittiham olunan 39 yaşlı Masallı rayon sakini Təzəgül Nəzərova istintaqa ifadə verib.BAKU.WS o...
