Maskasız sərnişin avtobusdan təpiklə qovuldu - VİDEO

Maskasız sərnişin avtobusdan təpiklə qovuldu - VİDEO
Video
Hadisə 2063

Sosial şəbəkələrdə maskasız sərnişinin avtobusdan təpiklə qovulmasını əks etdirən görüntülər yayılıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Krasnoyarsk şəhərində baş verib.

Rusiyanın NTV telekanalının yaydığı kadrlarda yaşlı qadının avtobusa maskasız daxil olması görüntülənir. Avtobus nəzarətçisi yaşlı xanıma maska taxmaq barədə xəbərdarlıq etsə də, o imtina edir.

Bundan sonra tərəflər arasında “döyüş” başlayır. Qayda pozucusu nəzarətçinin gödəkçəsinin yaxalığını cırır. Əvəzində isə təpiklənərək avtobusdan qovulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər