Maska taxıb 34600 manat oğurladı - Planlı cinayət açıldı
25
iyn
2025
16:43
İyunun 23-də paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, naməlum şəxs üzünü gizlətmək üçün maska ilə kamuflyaj olunaraq mağazanın anbarına daxil olub və gizlənərək gecə saatlarına qədər orada gözləyib.
Mağaza bağlandıqdan sonra isə anbardakı kassadan 34600 manat pul vəsaitini oğurlayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Sığortaya imza atıblarmış
"Şəki yaylası"nda faciəli şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. BAKU.WS xəbər verir ki, bu barədə AzTV-nin repo...