Maşınla azyaşlını vuran sürücü ona 2 manat verərək qaçdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binə qəsəbəsində “Mercedes” markalı avtomobil velosipedlə hərəkət edən azyaşlını vurub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə azyaşlının ailə üzvü məlumat verib.
Onun sözlərinə görə, 19 avqust tarixində baş verən hadisəni törədən sürücü uşağın səhhəti ilə maraqlanmaq əvəzinə uşağa 2 manat verərək ərazidən uzaqlaşıb.
Bundan sonra azyaşlının vəziyyəti pisləşdiyi üçün yanına toplaşan adamlar təcili tibbi yardım çağırıblar. Həmin ərazidən keçən Təcili Tibbi yardım maşını azyaşlını Sabunçu rayon xəstəxanasına çatdırıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ nəzarətdədir, sürücünün tapılması istiqamətində tədbirlər görülür.
Azyaşlının anası Səbinə Babaşova BAKU.WS vasitəsilə oğlunu vuran sürücünün tapılması üçün ictimaiyyətə müraciət edib:
"Mənim oğlumu velosiped sürərkən maşın vurub. Oğlumu vuran adam axşamüstü uşağı yol kənarında qoyub xaincəsinə qaçıb. Uşaq bir neçə saat yol kənarında köməksiz qalıb. Beyin travması alan oğlumu xəstəxanaya koma vəziyyətində çatdırıblar.
Hal-hazırda vəziyyəti stabil olsa da, hələ də baş və qulaq ağrılarından əziyyət çəkir. Oğlumun reabilitasiyası nə qədər sürəcək, bilmirik. Həmin insan da deməyə dilim gəlmədiyi bir məxluqun tapılmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm. Bəlkə, bu məqaləni oxuyan bir şahid tapılar. Cavabınızı səbirsizliklə gözləyirəm".
Qalereya
Oxşar xəbərlər
Çoban Tovuzda tək qalan müəllimi zorladı - Gecəyarısı təcavüz
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com”a istin...