Maşını sərxoş idarə edən bacanaqlar saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, “VAZ-2106” markalı avtomobili idarə edən sürücü Tehran Cabbarov idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı işıq dirəyinə vurub.
Ərazidə xidmət aparan yol patrul xidmətinin ekipaj qrupu hadisə yerinə yaxınlaşıb. Yoxlama zamanı avtomobildən düşən sürücü yol polisi əməkdaşları ilə mübahisə edib, onların qanuni tələbinə məhəl qoymayıb. Bu zaman nəqliyyat vasitəsindəki sərnişin, Tehran Cabbarovun bacanağı Elcan Bəxtiyarlı avtomobili sürərək oradan uzaqlaşmağa cəhd edib. Hər iki şəxs saxlanılıb və avtomobillə birgə şöbəyə gətiriliblər.
Tibbi müayinədən keçirilən bacanaqların sərxoş olduqları məlum olub.
Oxşar xəbərlər
Marixuana çəkib sərnişin daşıyan sürücülər saxlanıldı
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən nəzarə...