Masazırda uçqunda xəsarət alanlardan birinin vəziyyəti ağırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Masazırda uçqun nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, 29.11.2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Oxşar xəbərlər
Müzəffər İsayev vəfat etdi
Azərbaycanda müəllim vəfat edib. BAKU.WS xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Müzəffər Əmirxan oğlu...