Masallıda itkin düşən məktəbli qız tapıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda itkin düşən 11-ci sinif şagirdi tapılıb.
BAKU.WS xəbər verir ki, DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin APA-ya verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən 11 sinif şagirdi 2006-cı il təvəllüdlü Məleykə Məmmədova bir gündən sonra yeri müəyyən olunub və o, tapılaraq ailəsinə təhvil verilib.
***09:42
Masallıda məktəbli itkin düşüb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, oktyabrın 24-də 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Məleykə Məmmədova şəxsiyyətini təsdiq edən sənədi evdən götürərək tibb kursuna getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...