Masallıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
Masallıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Ərkivan qəsəbəsinin ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.
Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Oxşar xəbərlər
Balakəndə 7 bələdiyyə sədri barəsində protokollar tərtib olunub - FOTO
Balakəndə 7 kəndin bələdiyyə sədrləri barəsində protokollar tərtib olunub. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbua...