Madafiə naziri GÖSTƏRİŞ VERDİ: Xankəndi vurulsun...

Madafiə naziri GÖSTƏRİŞ VERDİ: Xankəndi vurulsun...
Hadisə 2329
 

Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb. 

Nazirlikdən BAKU.WS-ə verilən məlumatda deyilir ki, Müdafiə Nazirliyinin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir.

Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.

Eyni zamanda bildiririk ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə Müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verdi.

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə Nazirliyi: Ermənilərin 10 tankı və xeyli sayda canlı qüvvəsi məhv edildi

Müdafiə Nazirliyi: Ermənilərin 10 tankı və xeyli sayda canlı qüvvəsi məhv edildi

Yaşayış məntəqələrimizin atəşə tutulması dayandırılmayacağı təqdirdə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verilib. BAKU.WS-in Müdafiə Nazirl...

8210 Hadisə 12:13 03 aprel 2016

Son xəbərlər