Ələt qəsəbəsində itkin neftçilərdən olduğu güman edilən kişi meyiti tapılıb

Ələt qəsəbəsində dənizin sahilində naməlum kişi meyiti tapılıb.
BAKU.WS xəbər verir ki, bu gün axşam saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hazırda müvafiq dövlət komissiyası tərəfindən cəsədin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılmağa başlanılıb.
Hazırda cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal şöbəsinə aparılır.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda dəniz sahilində çürümüş və balıqlar tərəfindən didilmış meyit tapılıb
Bakıda dəniz kənarından çürümüş kişi meyiti tapılıb. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazi...