"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittihama münasibət bildirən M.Namazov özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti prosesi avqustun 2-nə təyin edilib.
İttiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, "Lotu Quli” hazırda 8 saylı cəzaçəkmə müəssəsində cəza çəkir.
BAKU.WS
Oxşar xəbərlər
“Lotu Quli”nin yeznəsi azadlığa buraxılıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Huseynov vaxtından əvvəl azadlığa buraxılıb. BAKU.WS reporta istinadən xəbər verir ki, 1 sa...