“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı
Hadisə 1634
Gürcüstanda son iki gün ərzində intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 10 nəfər saxlanılıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.“Oscar”, “Ələsgər”, “Xomeyni” və müxtəlif ləqəbli digər şəxslər Batumi, Mestia, Marneuli, Dmanisi, Rustavi və Tbilisidə yaxalanıblar. Onlardan biri “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında Azərbaycana qaçmağa cəhd edərkən saxlanılıb.Saxlanılanların 4-ü “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun qardaşı və əhatəsinin adından vətəndaşlara hədə-qorxu gələrək birindən maşınını satmasını, digərindən isə 4 min lari pul tələb ediblər. Əks halda vətəndaşlar və onların yaxınları ölümlə hədələnib.Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Lotu Quli”nin 6 böyük düşməni – SİYAHIDA KİMLƏR VAR?

“Lotu Quli”nin 6 böyük düşməni – SİYAHIDA KİMLƏR VAR?

Hazırda azərbaycanlı qanuni oğru “Lotu Quli”nin 6 böyük düşməni var. Onların hamısı “Quli” üçün təhlükəlidir. Elə Quli də onları aradan götürmək üçün çalışır.BA...

4069 Hadisə 17:10 01 iyul 2019

Son xəbərlər