Türkiyədə oğruların toyu - “Lotu Quli” mehriban qarşılanıb (FOTO)

Türkiyədə oğruların toyu - “Lotu Quli” mehriban qarşılanıb (FOTO)
Hadisə 16119
Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqeçuadzenin toyu olub.BAKU.WS “primecrime.ru” saytına istinadən xəbər verir ki, toy mərasimi "Esa Royal Park" əyləncə mərkəzində təşkil olunub. Toyda kriminal aləmin tanınmış üzvləri iştirak ediblər.Mərasimdə Roma Jiqan, Alfason ləqəbli Qoçi Alpaidze, Nukri, Kuşner, Çoban və s. kimi tanınmış avtoritetlər iştirak ediblər.Toyda həmçinin “Lotu Quli” ləqəbli tanınmış “qanuni oğru” Nadir Səlifov da iştirak edib. İlham Hacıyev adlı avtoritet müşayiət edib. Toyda kriminal aləmin üzvləri görüşüblər. Bildirilir ki, toyda iştirak edən “qanuni oğru” və avtoritetlər mehriban münasibətdə olublar. Sağlıqlar deyilib.Saytın yazdığına görə, “Lotu Quli” toy bitdikdən sonra dərhal Dubaya uçub.BAKU.WS

Oxşar xəbərlər

"Lotu Quli"nin rəqibi həbs edildi - SƏBƏB

"Lotu Quli"nin rəqibi həbs edildi - SƏBƏB

Rusiyanın Ximki şəhərində Omar Bekaev adlı kriminal avtoritet saxlanılıb.BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, kriminal aləmdə “Omar Ufimski” kimi məşh...

3159 Hadisə 14:32 17 aprel 2018

Son xəbərlər