Lökbatanda püskürən dünyanın ən aktiv palçıq vulkanından GÖRÜNTÜLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabr ayının 17-si saat 15.37-də Lökbatan qəsəbəsində yerləşən Lökbatan palçıq vulkanı püskürüb.
BAKU.WS-in əldə etdiyi məlumata görə son zamanlar hər 2 ildən bir püskürən bu vulkanın növbəti 28-ci püskürməsi zəif olmuşdur. Sözügedən palçıq vulkanın krater sahəsində yerləşən 2 püskürmə mərkəzində qeydə alınan püskürmələr zamanı alovlanma olmamışdır. 5-6 dəqiqə ərzində davam etmiş püskürmə nəticəsində yer səthinə tullanılan palçığın orta qalınlığı 0,5 metrdən az olmuşdur.
Hazırda AR ETN Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanzimi" şöbəsinin əməkdaşları - aparıcı elmi işçi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və mühəndis Elmar Səmədov palçıq vulkanı sahəsində tədqiqat işləri aparırlar.
Aktivləşən vulkandan ən son görüntüləri təqdim edirik:
Qalereya
Banu Hüseynli
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.