Lənkəranskinin qətlinin altından görün kim çıxdı

Lənkəranskinin qətlinin altından görün kim çıxdı
Hadisə 9883

 

Rusiyada kriminal aləmin "xaç atası" olmağa iddialı Kürd Şakroya açılan (Zaxari Kalaşov) cinayət işinin istintaqı başa çatıb.

BAKU.WS cebhe.info-ya istinadən xəbər verir ki, ona qarşı irəli sürülən ittihamlarla tanış olmaq üçün "qanuni oğru"ya müəyyən qədər zaman veriləcək.

27 cilddən ibarət olan cinayət işi ilə tanışlıq xeyli zaman tələb edir. Son redaksiyada ittiham aktı Kürd Şakro və müdafiəçilərinə 16 maydan 20 maya qədər olan müddətdə təqdim ediləcək.

Məlumata görə, "Lefortovo"da saxlanan "qanuni oğru" üçün hətta xüsusi kabinet də hazırlanıb və bu kabinetdə o, istintaq materialları ilə tanış olacaq.

İstintaq materillarında əsasən Kürd Şakro və adamlarının "Elements" restoranına qanunsuz sahiblənməsi ilə bağlı məqamlar əksini tapıb. Bu restoran ətrafında baş verən silahlı qarşıdurmada bir neçə nəfər həlak olub. Həmçinin Kürd Şakronun ittiham edildiyi maddələrin dəyişdirilməsi məqsədilə DİN-nin yüksək rütbəli əməkdaşlarına yüz minlərlə dollar rüşvət verdiyi bildirilir ki, bu işə ayrıca baxılacaq.

Kürd Şakronun sağ əli hesab edilən "İtalyan" ləqəbli avtoritet də Lefortovoda saxlanılır.

Bəz məlumatlara görə, Kürd Şakroya qarşı azərbaycanlı iş adamı Canpolad Şamiloğlunun öldürülməsinə görə də ittiham irəli sürüləcək.

İş adamı Canpolad Şamiloğlu Moskvada göyərti bazarlarının sahibi olub. Onun ölümündə əvvəllər azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin adı hallandırılıb. Lənkəranski ötən il İstanbulda öldürüldükdən sonra isə Canpolad Şamiloğu cinayətinin arxasında Kürd Şakronun dayana biləcəyinə dair məlumatlar əldə edilib. Məlumatlara görə, hadisə cinayətin R.Lənkəranski klanının üstündə qalmasına şərait yaradılacaq şəkildə törədilib. C.Şamiloğlunun ölümündən sonra yaxınları buna görə R.Lənkəranskinin cavab verəcəyini deyib və bir müddət sonra R.Lənkəranski İstanbulda güllələnib.

BAKU.WS

Son xəbərlər