Cinayətkar aləmin yeni lideri elan olundu - Nadir cinayət maddəsi
"Qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) cinayət işi materiallarında barəsində "Rusiya cinayətkar aləminin lideri” ifadəsi işlədilən yeganə insandır.
Bu, ölkədə tətbiq edilən nadir haldır. Bundan əlavə, FTX tərəfindən onun barəsində açılan cinayət işi maddəsi də nadir hallarda rast gəlinənlərdəndir. Belə ki, Şakro barəsində "cinayət iyerarxiyasında yüksək mövqe tutan şəxs tərəfindən cinayətkar birliyin təşkili” maddəsilə cinayət işi açılıb.
İstintaqın versiyasına görə, Şakro aşağı ranqlı kriminal avtoritetlərin və "federal” cinayətkar aləmin sıravi iştirakçılarının fəaliyyətini koordinasiya edib, müstəqil fəaliyyət göstərən müxtəlif mütəşəkkil qruplar arasında sabit əlaqələr yaradıb, onlar üçün cinayət planları hazırlayıb, onlar arasında təsir dairələrini bölüşdürüb və gəlirləri paylaşmaqlarına kömək edib.
Məlumat üçün bildirək ki, Zaxari Kalaşov bu ilin iyul ayında Rusiya Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi əmıliyyatla saxlanılıb. "Qanuni oğru”nun saxlanılmasının videogörüntüləri də mediaya ötürülüb.(AzNews.az)
BAKU.WS
Oxşar xəbərlər
Lənkəranskinin "ölüm fərmanı"nı verən "qanuni oğru"ya ağır zərbə
Moskvada "qanuni oğru" Şakro Maladoyun dəstəsindən olan 5 silahlı şəxs saxlanılıb. BAKU.WS-in məlumatına görə, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin yaydı...