"Şakro"nun xəzinədarı on milyonlarla dolları götürüb İrəvana qaçdı - FOTO

Şakronun xəzinədarı on milyonlarla dolları götürüb İrəvana qaçdı - FOTO
Hadisə 1915
 

Kriminal aləmdə "Şakro Molodoy" ləqəbli qanuni oğru Zaxari Kalaşovun xəzinədarı kimi tanınan Konstantin Manukyan beynəlxalq axtarışa verilib.

BAKU.WS lent.az-a istinadən bildirir ki, Manukyanın Ermənistanda gizləndiyi ehtimal olunur.

Məlumata görə, "Şakro Molodoy"la Manukyan kriminal karyeralarını, demək olar ki, eyni vaxtda, Tiflisdə başlayıblar. Manukyan ilk dəfə Gürcüstanda tanınmış bir qanuni oğrunu qətlə yetirdiyinə görə həbs edilib. "Şakro"yla onların yolu da məhz həbsxanada kəsişib. Sonradan hər ikisi "Ded Xasan"a - Aslan Usoyana sədaqət andı içiblər.

Bəzi məlumatlara görə, son vaxtlaradək Rusiyada yaşayan Manukyan ölkədən özüylə bərabər kilolarla qızıl, on milyonlarla dollar vəsait çıxarıb.

BAKU.WS

Son xəbərlər