Livanda həlak olan azərbaycanlı idmançının cənazəsi Naxçıvana göndərilib
08
sen
2017
19:52
Livanda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşı Xəzər Əliyevin cənazəsi bu gün Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb. Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir.BAKU.WS
Oxşar xəbərlər
Liviyada həbsdə olan azərbaycanlılar azadlığa buraxıldı
Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı - Salmanov Namiq Yusif oğlu, Rəşidbəyli Mövlud Firudin oğlu və Əliyev Fərid Hüseyn oğlu Azərbaycan Xarici İşlər Naz...