Lənkəranda yük maşını sürücünün üstünə aşıb
25
may
2024
20:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda yük maşını sürücünün üstünə aşıb.
“Report”un cənub bürosunun məlumatına görə, hadisə Qurumba kəndində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Sucəddin Bahəddin oğlu Həsənov "KamAZ" markalı avtomobilin altında qalıb. Hadisəyə səbəb təkərin dəyişilməsi zamanı qaldırıcının boşalması olub.
S.Həsənov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bazu sümüyünün və döş fəqərələrinin çoxsaylı sınığı diaqnozu qoyulub, yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Goradil-Novxanı yolunda ağır qəza - 5 yaralı
Ötən gecə Binəqədi rayonu, Goradil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Kliniki Tibbi Mərkəzi...