Lənkəranda yol qəzasında 5 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki,, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində 5 nəfər Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...