Lənkəranda itkin düşən kişinin meyiti tapılıb
02
fev
2024
23:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda iki gündür itkin düşən kişinin meyiti tapılıb.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonun Osaküçə kəndində baş verib.
Ailə üzvləri Arzu Asəf oğlu Mirzəyev barəsində məlumat ala bilməyiblər. Onlar bununla əlaqədar polis şöbəsinə müraciət ediblər. A.Mirzəyevin meyiti bu gün kənddəki körpünün altında, çayda aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxsin qardaşı FACİƏVİ şəkildə öldü
Lənkəranda icra nümayəndəsinin qardaşının meyiti tapılıb. BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun...