Azərbaycanda vəzifəli şəxsin qardaşı FACİƏVİ şəkildə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda icra nümayəndəsinin qardaşının meyiti tapılıb.
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində aşkar edilib.
Tapılan meyit aidiyyəti üzrə təhvil verilib.
Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb.
Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.
Oxşar xəbərlər
Keçmiş əri ilə cinsi əlaqədə olan sevgilisini... - Dəhşətli qətlin TƏFƏRRÜATLARI - FOTO
2022-ci il fevralın 7-də Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış kompleksi, bina 2, mənzil 69-da 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq ə...