Lənkəranda hosteldə köməksiz vəziyyətdə qalmış şəxs dünyasını dəyişib
21
mar
2025
23:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində bir nəfərin hosteldə qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumat əsasında FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində, məlum olub ki, qapı arxasında qalan şəxs artıq dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamada narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-...