Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
05
dek
2021
11:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə ötən gecə Sütəmurdov kəndində qeydə alınıb.
Belə ki, “Vita” markalı avtomobil Mirhakim Mirbağır oğlu Nəcəfzadəni vurub. Sürücü baş nahiyəsindən ağır xəsarət alan yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin onun öldüyü məlum olub.
M.Nəcəfzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda çay evində mübahisə ölümlə nəticələndi
Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib....