Lənkəranda çay evində mübahisə ölümlə nəticələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib. Belə ki, rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb. Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib və baxış keçirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Köhnə Bakı" kafesində qanlı cinayət - Ölən var - VİDEO
2017-ci il dekabrın 20-də saat 22 radələrində 18 yaşlı Çingiz Qədirli kəsilmiş-deşilmiş xəsarətlərlə Respublika Xəstəxanasına gətirilib və orada ölüb. BAKU.WS B...