İlanın sancdığı İlqar Mikayıloğlunun bacısı: "Niyə məni öldürdün?"

İlanın sancdığı İlqar Mikayıloğlunun bacısı: Niyə məni öldürdün?
Hadisə 28773

 

İlan vurduğu deyilən və ağır vəziyyətdə xəstəxanaya aparılan tanınmış aparıcı İlqar Mikayıloğlunun vəziyyəti ağırdır.

Yenicag.az-a açıqlama verən aparıcının bacısı Gülər Əhmədova xəbəri ilk olaraq bizdən eşitdiyini dedi və dərhal telefonu söndürdü.

Yenidən bizimlə əlaqə saxlayan eks-deputat fəryad etdi:

"Bu dəqiqələrdə Bakıya gətirilir, mən öldüm qurtardım. Ay İlqar, sənə ekstrim lazım idi? Min dəfə ona dedim ki, bu verilişdən imtina et, həyatınla oynama, sözümə baxmadı. İlqar Qarabağda döyüşüb, bədənində qəlpələr daşıyır. Hər dəfə onun yarası qanayanda o dünyanı görüb gəlirəm. Niyə məni öldürürsən, ay İlqar?”

Gözyaşlarını saxlaya bilməyən G.Əhmədova xəbərdən şok keçirtdiiyni deyib.

Qeyd edək ki, big.az-ın əldə etdiyi məlumata görə, Füzuli rayonu Harami düzündə çəkiliş zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb. Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildirirlər.

BAKU.WS

Oxşar xəbərlər

ATV-nin məşhur aparıcısını ilan sancdı (FOTO)

ATV-nin məşhur aparıcısını ilan sancdı (FOTO)

ATV-nin aparıcısı İlqar Mikayıloğlunu Füzuli rayonu, Haramı düzündə çəkiliş zamanı ilan sancıb. BAKU.WS xəbər veri ki, bu barədə Oxu.Az-a teleaparıcının həyat...

5688 Hadisə 14:37 14 iyul 2017

Son xəbərlər