Salyanda 6 qat çempion "avtoritet" saxlanıldı

Salyanda 6 qat çempion avtoritet saxlanıldı
Hadisə 7950

 

Salyanda kriminal aləmlə əlaqədə təsirləndirilən keçmiş boksçu saxlanılıb. 

BAKU.WS istipress-ə istinadən xəbər verir ki, kriminal aləmdə "Rıjıy İlqar" kimi tanan İlqar Əliyev ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə hədə-qorxu gəlməklə onlardan pul tələb edirmiş. O, həmçinin kriminal şəxslər arasında bölgü də aparırmış.

Məlumata görə, İ.Əliyev yanvarın 25-də Salyan rayonunda saxlanılıb. O, yaşadığı Y.Qaqarin küçəsi, ev 10-da qanunsuz odlu silah və narkotik vasitə saxlayırmış. Saxlanılan zaman İ.Əliyevdən "Naqan" tipli tapança, 5 ədəd patron və 20 qram narkotik vasitə olan həşiş qatranı götürülüb. Əvvəllər 3 dəfə məhkum olan İlqar boks üzrə 6 dəfə Azərbaycan çempionu və qaydasız döyüşlərin iştirakçısı olub. Kriminal avtoritetin "kriminal razborkalar"a nəzarət etdiyi də iddia olunur.

Faktla bağlı Sayan Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda kriminal avtoritet tutuldu

Azərbaycanda kriminal avtoritet tutuldu

Şirvanda kriminal avtoritetin üzərindən narkotik vasitə olan heroin götürülüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şirvan Dövlət Yol Polisinin İdarəsinin...

2999 Hadisə 14:56 29 noyabr 2016

Son xəbərlər