Laçında yaralanan daha bir əsgərimiz həlak oldu - RƏSMİ
Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.
Müdafiə Nazirliyi BAKU.WS-ə faktı təsdiqləyib.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Əsgər Tahir Əliyevin müxtəlif bədən xəsarətləri almışdı.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu veriləcək - YENİLƏNİB
Azərbaycan Ordusunun Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirərkən xəsarət alan və hospitalda vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluq...