Kürdəmirdə zəlzələ nəticəsində nə qədər evə ziyan dəyib - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 3-də axşam saatlarında Kürdəmirdə baş verən zəlzələ zamanı rayonda 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.
Bu sözləri “Report”a Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, eləcə də rayon föqaladə hallar komissiyasının sədri Ağali Kərimli bildirib.
Onun sözlərinə görə, hazırda FHN-in nümayəndələri əraziyə cəlb olunub və Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilir.
Qeyd edək ki, zəlzələ nəticəsində ən çox ziyan rayon mərkəzinə və rayonun Qağacılı, Xırdapay və Ərəbxana kəndlərinə dəyib. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində zəlzələdən ziyan çəkən evlərə baxışlar davam edir, dəymiş ziyanın hesablanması və qiymətləndirilməsi işləri icra olunur.
Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...