Kürdəmirdə ağır yol qəzası: ölən və yaralı var
11
yan
2025
19:09
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə "VAZ"da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Söyüş söydüyü üçün üzərinə benzin töküb od vurublar: "Yana-yana çənlərə tərəf qaçıb"
Bakıda bacısının keçmiş ərini yandırmaqda təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər v...