Kəsdiyi dananın mədəsindən bir paket pul çıxdı (FOTO, VİDEO)

Kəsdiyi dananın mədəsindən bir paket pul çıxdı (FOTO, VİDEO)
Video
Hadisə 1727

Türkiyənin Konya şəhərində maraqlı hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, xəstələnən danını kəsən sahibi şoka düşüb. İsmail Cesur adlı fermer dananın ətini sümüyündən ayıran zman heyvanın mədəsində bir paket olduğunu görüb. 

Paketi açan Cesur içərisində pul olduğunu görüb və təəccüblənib. Bir müddət sonra təmizlədiyi pulları sayan İsmayıl Cesur paketdə 1900 lirə (950 AZN) olduğunu təsbit edib.

Murdar olmaması üçün heyvanı kəsdiyini deyən fermer sözlərinə belə davam edib: "Kəsdiyinimiz dananı 2 ildir bəsləyirdik. Dananın mədəsindən içində pul olan paket çıxdı. Pullar paket içərisində olduğu üçün zərər görməyib. Paketi açaraq pulları saydım. Bu günə qədər çox sayda heyvan bəslədim, ancaq belə bir hadisəylə ilk dəfə qarşılaşdım".

Şahin Həbibov

BAKU.WS

Kəsdiyi dananın mədəsindən bir paket pul çıxdı (FOTO, VİDEO)

Kəsdiyi dananın mədəsindən bir paket pul çıxdı (FOTO, VİDEO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər