Körpünün üzərində ağır qəza: Ölən və yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Report"un məlumatına görə, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.
“Mercedes” və “Toyota” markalı avtomobillərin Tovuzçayın üzərindəki körpüdə toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Paşayev Kamran, 1995-ci il təvəllüdlü Əhmədov Anar, 1992-ci il təvəllüdlü Rüstəmov Nizaməddin, 1976-ci il təvəllüdlü Niyazova Aytəkin, 1976-cı il təvəllüdlü Kərimova Könul və 1972-cı il təvəllüdlü Quliyev İlqar xəsarət alıb.
Xəstəxanaya aparılan Göygöl rayon sakini Niyazova Aytəkinin həyatını xilas etmək mümkün olmayıb.
Kərimova Könül və Quliyev İlqar Tovuz rayon, Paşayev Kamran, Rüstəmov Nizaməddin, Əhmədov Anar rayonun Aşağı Quşçu kəndinin sakinləridir.
Mərhum Aytəkin Niyazova Könül Kərimovanın evinə qonaq gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 6 nəfərin öldüyü DƏHŞƏTLİ qəzanın görüntüləri yayıldı (VİDEO18+)
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulul...