Komaya düşən tanınmış meyxanaçı Elnur Valehlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Komaya düşən tanınmış meyxanaçı Elnur Valehlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Hadisə 3780

05.07.2024-cü il tarixində saat 04:55 radələrində Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Əskərov Elnur Aydın oğlu dəqiqləşdirilməmiş koma, hemoragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, xəstə 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alır", - deyə məlumatda qeyd olunur.

***09:06

Tanınmış meyxanaçı Elnur Valeh komaya düşüb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Meyxanaçının Lənkəran şəhərində el məclislərinin birindən çıxarkən halı pisləşdiyi deyilir.

Onun hazırda Lənkarandakı xəstəxanada olduğu bildirilir.

Son xəbərlər