Ölüm xəbəri yayılan Murad Muradovun səhhəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - FOTO

Ölüm xəbəri yayılan Murad Muradovun səhhəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB - FOTO
Foto
Hadisə 455

Vəfat etdiyi deyilən tədbir aparıcısı, şoumen Murad Muradovun səhhəti ilə bağlı vəziyyət açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Qafqazinfo” ​sorğusuna cavab olaraq bildirilib ki, ​hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir:

“Mayın 6-sı saat 07:50-də 1986-cı il təvəllüdlü Quba rayonu Zərdabi kənd sakini Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilib. Xəstəyə sol orta beyin arteriyasında işemik insult, sağ tərəfli dərin hemiparez, qıcolma sindromu diaqnozu təyin edilib. Zəruri müayinələr aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.Hazırda xəstənin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.

Qeyd edək ki, 38 yaşlı M.Muradov 5 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirib. O, bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. Eyni zamanda gənc yazıçı kimi də tanınır.

***09:36

Ötən gün yazıçı Murad Muradovun vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

BAKU.WS xəbər verir ki, yazıçının dostları sosial şəbəkə hesablarında onun sağ olduğunu, nəfəsinin gəldiyini yazaraq, izləyicilərindən dualarını əskik etməmələrini istəyiblər.

Qeyd edək ki, Muradın vəfatıyla bağlı yazar İlham Əziz məlumat yayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.

O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:

"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".

Son xəbərlər