Kişi özünü 14-cü mərtəbədən atdı

Kişi özünü 14-cü mərtəbədən atdı
Hadisə 200

Abşeronda intihar hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər