Əri tərəfindən avtomobillə vurulan və bıçaqlanan qadın dünyasını dəyişdi - YENİLƏNİB/FOTO

Əri tərəfindən avtomobillə vurulan və bıçaqlanan qadın dünyasını dəyişdi - YENİLƏNİB/FOTO
Foto
Hadisə 380

Həyat yoldaşı tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan qadın dünyasını dəyişib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, Goranboy rayonunun Qızılhacılı kənd sakini 1977-ci il təvəllüdlü Mehman Süleymanov tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

14.54

Goranboy rayonunda kişi arvadını avtomobillə vuraraq daha sonra bıçaqlayıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra bıçaqlayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər