Kiberpolis sosial şəbəkədə qanunsuz onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxsləri saxlayıb
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkədə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxsləri saxlayıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən iki nəfər - 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, bu şəxslər xaricdən idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə "Tokyo", "Lasvegas", "Tac", "Joker" və "Padişah Casino" adlı profillərlə qeydiyyatdan keçərək onlarla əlaqə saxlayan şəxslərin pul müqabilində onlayn qumar oyunları oynamalarını təşkil ediblər.
Saxlanılan şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən mənzillərinə baxış zamanı elektron sübutlar, habelə qanunsuz kazino oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bank kartlarının isə ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Keçmiş icra başçısının oğlunun güllələdiyi şəxsin son vəziyyəti AÇIQLANDI
Yevlaxda baş verən silahlı insident zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yanvarın 16-da, saat 11:40...