Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 5 hərbçi xəsarət alıb, cinayət işi açılıb

Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat yayıb.
Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
*** 11:00
Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Yasamal rayonunda yanğın təhlükəli mebel sexinin fəaliyyətini dayandırıb. Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib....