Keçmiş icra başçısının ölüm xəbərinə rəsmi aydınlıq gətirildi
25
may
2018
10:14
Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.BAKU.WS xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: “Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin ki, vəkili məlumat yayacaq”.Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Haimiyyətinin başçısı olub.BAKU.WS
Oxşar xəbərlər
"Lotu Quli"nin kirvəsinə 3 il həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə icla...