"Lotu Quli"nin kirvəsi dindirildi: "Polis əməkdaşları əllərimi bağladı və..."
22
noy
2017
13:30
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib."Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Namazov sərbəst ifadə verib.O, hadisədən əvvəl evinin qapısını bir eynəkli adamın döydüyünü bildirib: "Həmin şəxs məndən maşınımı çəkməsini istədi. Uşağımla çölə çıxanda polis əməkdaşları mənim əllərimi bağladı, sonra Nəsimi Rayon Polis İdarəsinə apardılar. Orada məndən bir rəhbər şəxs "Lotu Quli"dən sual verdi. Soruşdu ki, "sən onun nəyisən?". Mən də qohumum olduğunu dedim. Sonra stolun üzərinə vərəq qoydular ki, onun haqda nə var danış. Mən də dedim ki, ""Lotu Quli" 22 ildir həbsdərdir, başqa heç nə bilmirəm". Dedi ki, "sən onun yaxın adamı olmusan, danışmalısan". Sonra stolun üstünə şəkil qoydu və bu barədə də soruşdu. Həmin şəxs narkotik gətirib məni onunla ittiham edəcəyini qeyd etdi".M.Namazov söyləyib ki, sənədlərə özü qol çəkməyib.M.Namazov qanunsuz silah saxlama ittihamını da qəbul etmədiyini deyib: "Ağstafada olan evimdən silah axtarılan zaman hal şahidləri orada olmayıb. Guya evdən silah tapılıb. Bundan sonra həmin hal şahidlərini ora dəvət ediblər".Məhkəmənin növbəti iclası noyabrın 29-na təyin edilib.İttiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.Xatırladaq ki, “Lotu Quli” ötən ay 8 saylı cəzaçəkmə müəssəsindən azadlığa buraxılıb.BAKU.WS
Oxşar xəbərlər
"Lotu Quli"nin ləqəbi dəyişildi: bundan sonra "Bakinski" olacaq (FOTO)
Kriminal aləmin məşhur azərbaycanlı avtoriteti Lotu Quli “Oğru” soyadına dəyişiklik edib.BAKU.WS-in məlumatına görə, o bundan sonra “Quli Bakinski” kimi adlanma...