"Lənkəranski"nin adamlarının "Lotu Quli"yə qarşı film kimi sui-qəsdi - ŞOK FAKTLAR
20
noy
2017
12:22
Türkiyə mətbuatı Rusiyada və Qafqazda ən nüfuzlu Azərbaycanın mafiya liderlərindən olan "Lotu Quli" ləqəbli Nadir Səlifova qarşı sui-qəsd cəhdinin yeni faktları barədə məlumat yayıb.BAKU.WS-in məlumatına görə, Türkiyə KİV-i yazır ki, Bahçelievlərdəki "Ömür Plaza"da keçirilən xüsusi əməliyyat zamanı kriminal aləmdə "Şirinlər Qrupu" olaraq bilinən “Max” ləqəbli Mehmet Sabri Şirin və yaxınları saxlanılmışdı.Nadir Səlifovun qaldığı evi basmaq üçün hazırlanan 14 nəfərlik qrupa "Lənkəranski"nin qardaşı Namiq Canıyev liderlik edib.Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, “Lotu Quli” Azərbaycandan İstanbula getdiyi ərəfədə görüşlər həyata keçirilib.Polis kriminal dəstə üzvlərinin mobil telefonlarını araşdırıb.Rövşən Lənkəranskinin qruplaşmasına girən Orxan İsmayılov ilə “Şirinlər”in üzvü Hacı Ömər E.-nin telefonlarında eyni evə aid fotolar tapılıb. Orxan İsmayılov “Lotu Quli”nin qalacağı evin, küçənin fotolarını çəkib Hacı Ömərə göndərib.Polis fotoların hücum öncəsi kəşfiyyat xarakterli çəkildiyini təsdiqləyib.BAKU.WS
Oxşar xəbərlər
"Lotu Quli" Türkiyə mafiyasının lideri Sedat Pekerlə (VİDEO)
Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyədə mafiya lideri olan Sedat Pekerlə görüşüb. BAKU.WS-in məlumatına görə, "Lotu Quli" ləqəbli qanuni oğru azadlığ...