Keçmiş polis dəm qazından zəhərlənərək öldü

03
fev
2022
11:16
Qax şəhər sakini dəm qazından boğularaq ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.
Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.
Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərləndi, ölən var
Mingəçevir şəhərində 7 yaşlı qız vanna otağında boğularaq ölüb, 10 yaşlı bacısı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. BAKU.WS "Report"a istinad...
