Keçmiş arvadını boğaraq öldürən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə keçmiş arvadını boğaraq öldürməkdə təqsirləndirilən Səlim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 6-da rayonun Şıxarx qəsəbə sakini Tağıyeva Röyalə Mirzə qızının yaşadığı evdə öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla zərərçəkmişin keçmiş əri Əsədov Səlim Bəhrəm oğlunun Röyalə Tağıyevanın yaşadığı evə daxil olaraq sonuncunu heç bir əsaslı səbəb olmadan boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Səlim Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Bakıda arvadını öldürən məhkəmə hakiminə 10 il iş verilib
Bakıda arvadını öldürən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS APA-ya istinadən xəbər veri...