Kapital Bank 174 min dollarlıq oğurluqla bağlı MƏLUMAT YAYDI

Kapital Bank 174 min dollarlıq oğurluqla bağlı MƏLUMAT YAYDI
Hadisə 2013
Kapital Bank baş verən oğurluq hadisəsi ilə bağlı məlumat yayıb. BAKU.WS-in məlumatına görə, bank oğurluq faktını təqdiq edib: "Ötən həftə Kapital Bank-ın Yasamal filialında (Landau küç., bina 6) baş verən hadisə ilə bağlı bildirmək istərdik ki, həqiqətən bankomata müdaxilə edilib.Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik".Qeyd edək ki, criminal.az saytının məlumatına görə, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb. Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ''sanepidemstansiya''dan gəlmişik, buraları dərmanlayırıq.Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar. Yasamal rayon Polis İdarəsindən faktı təsdiq etsələr də, əlavə məlumat vermədilər. Oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir.AbbasBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər