Kapital Bank "bankomat fırıldağı" məsələsinə aydınlıq gətirdi (VİDEO, RƏSMİ)

Son günlər bəzi saytlarda və Facebook sosial şəbəkəsində olan səhifələrdə Kapital Bank haqqında əsassız məlumatlar dərc olunub. Məsələ ilə bağlı bankla əlaqə saxladıq.
Bankın mətbuat katibi Pərviz Sədrəddinovun BAKU.WS-ə verdiyi məlumata görə, Kapital Bank qiymət və tariflərlə bağlı hər zaman müştərilərini məlumatlandırır.
"Ödəniş kartları üzrə tariflər bankın internet səhifəsində, həmçinin müştəriyə təqdim edilən müqavilədə öz əksini tapır. Misal üçün, Kapital Bank-a məxsus məvacib, təqaüd və digər sosial kartlardan bankın bankomatlarından vəsait nağdılaşdıran zaman heç bir komissiya tutulmur. Müştərinin öz istəyi əsasında əldə olunan debet kartlarından nağdılaşdırma zamanı isə 1%, minimum 1 AZN komissiya tutulur. Odur ki, müştərilərdən xahiş olunur ki, hər hansı bir əməliyyat etməzdən əvvəl tariflərlə tanış olsunlar.
Həmçinin təhlükəsizlik qaydalarına uyğun olaraq müştərilərə tövsiyə olunur ki, kartlarını başqa şəxslərə verməsinlər. Çünki ödəniş kartına görə sahibi birbaşa məsuliyyət daşıyır. Kart sahibinin xəbəri olmadan müəyyən məqsədlərə çatmaq üçün onun etibarından sui-istifadə halları baş verə bilər” – deyə, Pərviz Sədrəddinov bildirib.
Kapital Bank-ın ödəniş kartlarının tarifləri üzrə ətraflı məlumat - https://kapitalbank.az/useruploads/terms/tarifler_kartlar.pdf .
Şahin Həbibov
BAKU.WS

Oxşar xəbərlər
NIKOIL | Visa Gold və NIKOIL | Visa Platinum kartları sizə endirimlər təqdim edir
NIKOIL | Bank Visa-nın premium sinifli plastik kartları üzrə keçirilən kampaniyaya qoşuldu. BAKU.WS xəbər verir ki, NIKOIL | Visa Gold və NIKOIL | Visa Platin...