Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssisi vəzifəsindən ayrılıb.
Universitetdən bildirilib ki, sözügedən şəxs 2025-ci il dekabrın 12-si öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, yanvarın 22-si Gəncə Şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məlum olub ki, K.Əsədovun qaynı Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.
Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin Bəhman Hüseynli hakimin sualına tam cavab verə bilməyib.
Oxşar xəbərlər
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı
Baku TV-nin "Kriminal" verilişində 2024-cü il noyabrın 5-də Sabunçu qəsəbəsində baş vermiş ağır cinayət hadisəsindən bəhs olunub. Həmin gün saat 22 radələrində...