Jurnalistin ölümünə görə naziri işdən çıxardılar (FOTO)

01
mar
2018
10:20
Slovakiyanın mədəniyyət naziri Marek Madariç fevralın 28-də gözlənilmədən istefa verib.BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hakim Slovakiya Sosial-Demokratlar Partiyasına (SMER) mənsub olan nazir vəzifədən getməsini üç gün öncə nişanlısı ilə birlikdə qətlə yetirilmiş araşdırmaçı jurnalist Yan Kuçiakın ölümü ilə əlaqəli olduğunu bəyan edib. Hökumətdə mediaya ən yaxın nazirliyin onun rəhbərliyi altında olduğunu qeyd edən M. Madariç baş verən hadisədən sonra öz nazir kreslosunda rahat otura biləcəyini təsəvvür etmədiyini vurğulayıb.Müxalifət partiyaları isə daxili işlər nazirinin də istefasını tələb ediblər. Onlar naziri Yan Kuçiaka qarşı konkret hədələrin olmasına baxmayaraq, jurnalisti mühafizə etməməkdə günahlandırıblar.Qeyd edək ki, www.aktuality.sk saytının əməkdaşı olan 27 yaşlı araşdırmaçı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.Slovakiyanın Baş naziri Robert Fitso isə cinayətkarların tapılması üçün bir milyon avro dəyərində mükafat veriləcəyini elan edib.İmanBAKU.WS

Oxşar xəbərlər
Putinin dostu olan azərbaycanlı milyarder İlham Rəhimovun qohumu öldürüldü
Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib. BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, qətl hadisəsi fevralın 9-da baş verib. 25 yaşlı Ruhin R...
